Pakistanın Bəlucistan vilayətində partlayış qeydə alınıb.
Modern.az "CNN"ə istinadla xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində üç nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlərin artacağı istisna olunmur.
Hadisə Ketta şəhərindəki yolda baş verib.
Pakistan rəsmiləri partlayışın terror hücumu olduğu ehtimal edirlər.
Hələlik heç bir qruplaşma teraktı öz üzərinə götürməyib.