Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu gün Türkiyəyə yola düşüb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İ.İsmayılov noyabrın 4-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) Ankaradakı Arena Kapalı Spor salonunda keçiriləcək 10-cu qurultayında iştirak edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl MHP-nin genel başqanı Dövlət Baxçalı dost partiyanın ali toplantısında iştirak etmək üçün İlyas İsmayılova dəvətnamə göndərmişdi.
Səfərdə partiya sədrini onun müavinləri Etimad İsmayılov və Ayaz Əfəndiyev müşayiət edirlər.
Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər və Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da Dövlət Baxçalıdan belə bir dəvət almışdılar.