Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb. Hadisə nətiəcəsində 3 nəfər ölüb, daha 3 nəfər isə yaralanıb.
Modern.az “NBC Washington” telekanalına istinadla xəbər verir ki, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.
Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açaraa, hadisə yerindən qaçıblar.
Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.