Modern.az

Gürcüstan prezidenti hökuməti tənqid etdi: 75 milyona görə...

Gürcüstan prezidenti hökuməti tənqid etdi: 75 milyona görə...

5 Sentyabr 2021, 12:22

Gürcüstan Prezidenti Salome Zurabişvili hökumətin Avropa İttifaqı tərəfindən nəzərdə tutulmuş 75 milyon avro dəyərindəki yardımdan imtina etməsinə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Zurabişvili hökumətin bu qərarının əhalinin böyük hissəsi və şəxsən onun üçün anlaşılmaz olduğunu deyib. O, ölkənin iqdisadi çətin vəziyyətində belə qərarın verilməsini düzgün hesab etməyib:

 

"Tərəfdaşlarımızın dəstəyi olmasaydı və bizim yanımızda dayanmasaydılar, pandemiya nəticəsində yaranmış iqtisadi böhranı aşmaq, həmçinin ölkə daxilindəki qarşıdurmanı yatırtmaq çox çətin olacaqdı. Onu da bilirik ki, hər hansı bir formada Avropa həmrəyliyini zəiflətmək sadəcə ölkədə destabilizasiya istəyən daxili və xarici qüvvələrə sərf edir. Bu faktorlardan qaynaqlı olaraq, Avropa İttifaqının təklif etdiyi borcdan imtina etmək, ölkə əhalisinin böyük qismi və həmçinin mənim üçün anlaşılmazdır. Bizim iqtisadi artımımız ikirəqəmli olsa belə, o yenə də panidemiyanın gətirdiyi sosial və insanı zərəri aradan qaldırmır. Öz vətəndaşlarının böhran vəziyyətindən daha çox ölkənin xarici borcunun azaldılmasının prioritet olması anlaşılmazdır. İkirəqəmli iqtisadi artım əhalinin güzaranına öz təsirini göstərmədiyi bir zamanda yardımdan imtina etmək məntiqi cəhətdən çətin başa düşüləndir," - deyə Zurabişvili əlavə edib.

 

Xatırladaq ki, bir neçə gün öncə Baş nazir İrakli Qaribaşvili Avropa Birliyinin Gürcüstana verəcəyi 75 milyon krediti almaqdan imtina etdiklərini açıqlamışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu