Modern.az

Rusiyada virusa yoluxanların sayı 7 milyonu ötdü

Rusiyada virusa yoluxanların sayı 7 milyonu ötdü

5 Sentyabr 2021, 12:45

Rusiyada son sutka ərzində daha 18 645 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

 

Modern.az xəbər verir ki, Operativ Qərargahın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 7 012 599 nəfərə çatıb.

 

Son sutka ərzində 793 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 187 200 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya və Fransadan sonra beşinci yerdə gəlir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu