Sabiq deputat Gülər Əhmədovaya məxsus "Mərkəz" qəzetində durum pisləşib. Bu barədə Modern.az-ı məlumatlandıran qəzet əməkdaşları deyirlər ki, Gülər Əhmədova artıq iki aydır işçilərin maaşını gecikdirir. Onların sözlərinə görə, baş redaktor işciləri hələ də gözlədir, o, son iki həftədə iki dəfə redaksiyaya gələrək, işçilərin maaşlarının yalnız bir qismini ödəyib.
Müxbirlərin sözlərinə görə, baş redaktor maaşları tam verməməklə sanki işçiləri girov saxlayır ki, heç kim qaçıb dağılışmasın.
Amma artıq işçilərin istefası başlayıb. Modern.az saytının xəbərinə görə, qəzetin redaktoru Qızılgül Abdinova vəsifəsindən gedib. Əməkdaşımıza işdən çıxdığını təsdiqləyən keçmiş redaktor bunun səbəbləri barədə danışmaqdan imtina edib.
Modern.az