Modern.az

Marsda dron-helikopter uçuşu

Marsda dron-helikopter uçuşu

5 Sentyabr 2021, 17:11

"Ingenuity" dron-helikopteri Marsda 13-cü uçuşunu uğurla başa vurub.

 

Modern.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə NASA-nın "Jet Propulsion" laboratoriyası məlumat yayıb.

 

Saniyədə 3,3 metr sürətlə uçan dron-helikopterin uçuş məsafəsi 210 metr olub.

 

Qeyd edək ki, 1,8 kiloqramlıq “Ingenuity” dron-helikopteri ilk dəfə aprelin 19-da Mars səthindən 3 metr yüksəyə qalxıb və havada cəmi 39,1 saniyə qalıb.

 

Hazırlanması 80 milyon dollara başa gələn “Ingenuity” dron-helikopterin əsas missiyası qədim zamanlarda Qırmızı planetdə mövcud ola biləcək həyat izlərini aşkarlamaqdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu