Modern.az

Tbilisidən Vyanaya uçan təyyarə təcili eniş etdi

Tbilisidən Vyanaya uçan təyyarə təcili eniş etdi

5 Sentyabr 2021, 20:52

Gürcüstanın “Georgian Airways” aviaşirkətinə məxsus Tbilisidən Vyanaya gedən təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra texniki problemlə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanına təcili eniş edib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i yazıb.

 

Məlumata görə, havaya qalxdıqdan sonra təyyarənin şassisi bağlanmayıb.

 

Təhlükəsiz enişin təmin edilməsi məqsədilə təyyarə Tbilisi səmasında 2 saatadək uçaraq yanacağını boşaldıb.

 

Təyyarənin göyərtəsində ekipaj üzvlərindən başqa 180 sərnişinin olduğu, hamısının səhhətinin qənaətbəxş olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu