BMT-nin Baş katibi Antonio Quterreş Qvineyada hərbçilərin həyata keçirdiyi çevrilişi pisləyib.
Modern.az xəbər verir ki, bu barədə o, özünün Еvitter hesabında yazıb.
Ba. katib Qvineydakı hadisələri yaxından izlədiyini bildirib və prezident Alfa Kondenin dərhal sərbəst buraxılmasını tələb edib.
Qeyd edək ki, Fransanın xarici əməliyyatlarında iştirak etmiş Qvineya ordusunun polkovniki Mamadi Dumbuya televiziyaya çıxaraq ölkənin kontitusiyasının ləğv edildiyini və hökumətin buraxıldığını bildirib. Sosial şəbəkələrdə Qvineya xüsusi təyinatlılarının ölkə prezidenti Alfa Kondeni həbs etməsinin görüntüləri yayılıb.