Modern.az

Niderland Qran-prisinin qalibi müəyyənləşdi

Niderland Qran-prisinin qalibi müəyyənləşdi

5 Sentyabr 2021, 23:14

Niderlandın Zandvort şəhərində keçirilən "Formula-1" üzrə Qran-prinin qalibi müəyyənləşib.

 

Modern.az xəbər verir ki, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen yarışda birinci yeri tutub.

 

İkinci yerdə britaniyalı pilot Lyuis Hemilton, üçüncü sırada isə finlandiyalı Valtteri Bottas qərarlaşıb.

 

"Formula-1"in növbəti mərhələsi 10-12 sentyabr tarixlərində İtaliyada baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu