Türkiyə Qvineyada hərbi çevriliş cəhdini və bu ölkənin prezidenti Alfa Kondenin saxlanılmasını qınayıb.
Modern.az xəbər verrir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, Ankara Qvineyada baş verənləri dərin narahatlıqla izləyir.
Bundan əlavə, XİN Türkiyənin seçilmiş hökumətləri hər hansı qanunsuz yol ilə dəyişdirmək cəhdlərinə qarşı olduğunu açıqlayıb.