“Taliban” hərəkatı Pəncşirdə mövqe tutan müqavimət qüvvələrinin lideri Əhməd Məsudla müqavilə bağlamaqdan imtina edib.
Modern.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qeyd edək ki, Ə.Məsud “Taliban” döyüşçülərinin hərbi əməliyyatları dayandırıb, Pəncşirdən geri çəkiləcəyi təqdirdə atəşkəsə razı olacağını bildirmişdi.