Modern.az

“Mü” ştammı nə qədər təhlükəlidir?

“Mü” ştammı nə qədər təhlükəlidir?

6 Sentyabr 2021, 08:56

Koronavirusun yeni “Mü” ştammının ABŞ-da nə dərəcədə yayılacağını yoxlayırıq. Hazırda bununla bağlı bilgimiz olmadığı üçün heç nə deyə bilmərik. Ancaq “Delta” ştammı ölkədə 99%-dən çox üstünlük təşkil edir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauci deyib.

 

Onun sözlərinə görə, mütəxəssislər "Mü" ştammı barədə daha çox məlumat əldə etməyə çalışsalar da, ona qarşı antitellərin zəif olacağından qorxurlar:

 

“Əslində nəticələrin nə olacağını bilmirik. Ancaq koronavirusun mutasiya etmiş bütün variantlarını ciddiyə alsaq, demək olar ki, hazırda heç bir təhlükə yoxdur”.

 

Baş infeksionist onu da deyib ki, ölkədə mövcud olan peyvəndlər COVID-19-un bütün variantlarına qarşı təsirlidir.

 

Qeyd edək ki, dünyada Britaniya və “Delta” ştammları ilə yanaşı, koronavirusun yeni növü sürətlə yayılmağa başlayıb. “Mü” adlandırılan ştamm ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib.

 

“Mü” ştammına indiyə qədər dünyanın 39 ölkəsində 4500-dən çox yoluxma halı qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu