Modern.az

Böyük Quruluş Partiyasından etiraz: “Elçibəyin zəhərlənməsinə dair tutarlı dəlil mövcud deyil”

Böyük Quruluş Partiyasından etiraz: “Elçibəyin zəhərlənməsinə dair tutarlı dəlil mövcud deyil”

3 Noyabr 2012, 13:52

Bu gün Böyük Quruluş Partiyası Siyasi Qurulunun növbəti iclası keçirilib. Toplantıya partiya başqanı, millət vəkili Fazil Mustafa sədrlik edib.

BQP İnformasiya Xidmətindən Modern.az-a bildirilib ki, yığıncaqda ölkə və beynəlxalq aləmin gündəmini təşkil edən ictimai-siyasi hadisələr müzakirə edilib.   
İclas Milli Məclisin dünənki  iclasında müzakirəyə çıxarılan və qəbul edilən “Sərbəst toplaşma haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirib, sözügedən sənədin ölkədə siyasi partiyaların bir institut kimi formalaşması  prosesinə maneçilk törədən,  ölkənin beynəlxalq imicinə  müsbət heç nə qazandırmayan  və beynəlxalq təşkilatlara bizi tənqid etmələri üçün rəvac verən  zərərli bir addım olduğu vurğulanıb. Bildirilib ki, icazəsiz keçirilən aksiya və piketlərin iştirakçılarının böyük məbləğlərdə cərimələnməsi və  dəyişikliklərdə qeyd olunan ictimai işlərə cəlb olunması məsələsi də doğru yanaşma kimi qəbul edilə bilməz  və bu addımlar insanları alçaldıcı mahiyyətdədir.
İclasda gələn ilin büdcə layihəsinə münasibət bildirilib. “Təxminən 20 milyard manat səviyyəsində müəyyən olunan  büdcə xərcləri layihəsində üstünlüyü investisiya, tikinti xərcləri təşkil edir. Artıq parlamentə daxil olan büdcə layihəsindəki rəqəmlərə əsasən demək olar ki, gələn il sənaye və tikinti xərclərinə 7 milyard (6934 233.4 min manat) manata yaxın vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu kifayət qədər böyük vəsaitdir.  Bu qədər vəsaitin  Azərbaycanın maliyyə bazarına daxil olması ölkədəki makroiqtisadi göstəricilərə  təsir edə və müəyyən inflyasiya təzyiqləri yarada bilər.
BQP olaraq hesab edirik ki, mühüm  tikinti layihələrinə,xüsusilə yarımçıq qalmış layihələrə  vəsait ayrılması vacibdir. Bu işlərin aparılması on minlərlə insanların məşğuliyyəti və sosial gərginliyin azaldılması baxımından da əhəmiyyətlidir.  Ancaq dünyada davam etməkdə olan iqtisadi böhran,  Azərbaycanda neft hasilatının aşağı düşməsi  və ölkə iqtisadiyyatının əsasən neftdən asılılığı nəzərə  alınarsa, gələn ildə bu ilə nisbətən inşaat işlərinə təqribən 19 faiz çox vəsaitin  xərclənməsi düzgün hesab edilməməlidir. Tikinti işlərinə bu qədər vəsaitin ayrılmasın həm də  korrupsiya hallarının çoxalmasına və  pulların mənimsənilməsinə gətirib çıxara bilər. Ona görə də bu tipli məsələlrdə  öncəlik ölkənin iqtisadi maraqlarına veriməlidir”.

Siyasi Qurul Azərbaycanın milli-azadlıq hərəkatının lideri, eks-prezident Ə.Elçibəyin zəhərlənməsi iddaları ilə məzarının açılması cəhdlərinə etirazını bildirib.
“Düzdür, 90- cı illərin sonu və 2000-ci illərin əvvələrində Elçibəyi mənəvi  işgəncəyə məruz qoyanların, ona psixolji diskomfort mühiti yaradanların əlbir fəaliyyəti eks-prezidentin səhhətinə təsirsiz ötüşməmişdi. Lakin Elçibəyin fiziki sağlamlığına bilavasitə qarşı yönəlmiş hər hansı sui-qəsd cəhdlərinə, o cümlədən zəhərləməsinə dair tutarlı dəlil mövcud deyil. Əgər Elçibəyin yaxın silahdaşları, onun ailə üzvləri, müalicəsi ilə bilavasitə məşğul olan həkimlər bu iddianı təkzib edirlərsə, bu cəhdlərin davam etdirilməsi  və şişirdilməsinə hansısa zərurət varmı? İnandırıcılığı olmayan və ciddi qəbul edilməyən iddialarla mərhumun məzarının açılması və ruhunun incidilməsi doğru deyil”.
İclasda  Ermənistan-Türkiyə sərhəddinin açılması fikirlərinə də münasibət bildirilib: “Son zamanlar cəmiyyətdə Türkiyə- Ermənistan sərhədinin açılmasının ölkəmiz üçün faydalı olacağına dair fikirlər səslənməkdədir. Bu fikirlərin əsaslandırılması bu yolla Ermənistanı Rusiyanın hegemonluğundan qurtarılması ilə izah edilir. Tarix bu cür yanaşmanın illüziyadan başqa bir şey olmadığını  dəfələrlə sübut edib. Bu cür fikirləri səsləndirəndə  biz nədənsə  yaxşı təşkil olunan və bir mərkəzdən idarə olunan mütəşəkklil erməni millətçiliyini və böyük dövlətlərin geopolitik maraqlarını yaddan çıxarırıq. Torpaqalrımızın, musiqimizin, mətbəximizin, hətta adlarımızın oğurlanmasından ibarət olan yüzillərin acı qonşuluq təcrübəsi  onu deməyə əsas verir ki, sərhədlərin açılmasından ermənilər  yalnız faydalana bilər,  ümummilli maraqlarından, strateji hədəflərindən imtina etməzlər. Bu baxımdan sərhədlərin açılması Ermənistanın iqtisadi və sosial böhrandan qurtarılmasına fayda saxlamaqdan savayı ölkəmizin maraqlarına müsbət nəsə vəd etməsi mümkünsüzdür”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi