Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı tezliklə qurulacaq yeni hökumətin müvəqqəti ola biləcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib.
O qeyd edib ki, hökumətlə bağlı yekun qərar verilib, sadəcə texniki məsələlər qalıb, onlar həll olunduqdan sonra hökumət elan ediləcək.
“Ölkənin və xalqımızın problemlərinə cavab verəcək İslam konstitusiyası olacaq”, - deyə hərəkat rəsmisi bildirib.
Akif İsmayılov