Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 271 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 301 164 nəfərdən test götürülüb, onların 20 962-nin testi pozitiv nəticə verib, 29 327 nəfər sağalıb.