Modern.az

Çevrilişdən sonra Qvineyanın təbii ehtiyatları təhlükə altındadır

Çevrilişdən sonra Qvineyanın təbii ehtiyatları təhlükə altındadır

Dünya

7 Sentyabr 2021, 00:10

Xəbər verdiyimiz kimi, bazar günü Afrikanın qərbində yerləşən Qvineyada hərbi çevriliş baş verib. Ölkənin xüsusi təyinatlı qüvvələri prezidenti vəzifəsindən uzaqlaşdırıb və konstitusiyanı ləğv edib.

 

Modern.az-ın məlumtına görə, “Reuters” agentliyi yazır ki, Afrika ölkəsinin çevrilişdən sonra boksit, almaz, dəmir filizi və qızıl kimi təbii ehtiyatları təhlükə altındadır.

 

Mədən sənayesi Qvineyada ÜDM-in təxminən 35%-ni təşkil edir və Qərbi Afrika ölkəsi böyük ehtiyatlara malik olsa da, burada bir çox faydalı qazıntıların inkişafı üçün infrastruktur yoxdur.

 

Yerli mətbuatın məlumatına görə, quru və hava sərhədləri bazar ertəsi günü yenidən açılıb, lakin layihələr üzrə siyasi risk hələ də davam edir.

 

Qvineya, həmçinin sement, duz, qrafit, əhəng daşı, manqan, nikel və uran da daxil olmaqla bir çox mineral ehtiyatlara malikdir.

 

Afrika ölkəsi alüminiumun əsas filiz mənbəyi olan boksit istehsalında dünyanın ikinci ən böyük istehsalçısıdır və filizlərin əksəriyyəti Çində emal edilir. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, 2020-ci ildə 82 milyon ton boksit istehsal edən Qvineya dünya istehsalının təxminən 22%-ni təşkil edib. Qvineya 7.4 milyard tonla dünyanın ən böyük boksit ehtiyatlarına sahibdir.

 

Qvineya, həmçinin dünyanın ən böyük dəmir filizi ehtiyatlarına sahibdir, lakin illərdir davam edən hüquqi mübahisələr və korrupsiya iddiaları bunun istifadə edilməsinə imkan vermir.

 

Dünya Qızıl Şurasının məlumatına görə, Qvineya 2020-ci ildə təxminən 56,9 ton qızıl istehsal edib və Afrika qitəsindəki qiymətli metalın yeddinci ən böyük istehsalçısıdır.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama