Modern.az

Dövlət Baxçalı yenidən başqan seçildi

Dövlət Baxçalı yenidən başqan seçildi

Təhsil

4 Noyabr 2012, 21:00

Türkiyənin müxalif Milliyyətçi Hərəkət Partiyasının (MHP) 10-cu qurultayına start verilib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, qurultayda  MHP-yə yeni genel başqan seçiləcək. Dövlət Baxçalı da daxil olmaqla daha 10 namizəd başqanlıq uğrunda mübarizə aparacaq. İlkin proqnozlara görə, başqanlığıa ən real namizəd hazırki genel başqan Dövlət Baxçalı və partiyanın digər üzvü Koray Aydın göstərilir.

Ankara Arena Spor Salonunda keçirilən qurultayda partiyanın yeni Divan başqanı olaraq Tuğrul Türkeş seçildi. Hazırda partiyanın digər məsul vizəfələrinə seçimlər aparılır.

***

Milliyətçi Hərəkat Partiyasının bu gün keçirilən 10-cu qurultayında başqanlığıa namizədlər arasında səsvermə başa çatıb. Dövlət Baxçalı səsvermənin nəticələrinə görə 725 səslə yenidən MHP-nin genel başqanı seçilib.

Qeyd edək ki, MHP-nin qurultayında Azərbaycanın siyasi partiya liderlərində Müsavat başqanı İsa Qəmbər, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Vətəndaş Həmrəyliyi Birliyi partiyasının sədri Sabir Rüstəmxanlı da iştirak ediblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi