Modern.az

"Təhlükəsiz Şəhər" Birliyi təsis olunub

"Təhlükəsiz Şəhər" Birliyi təsis olunub

5 Noyabr 2012, 08:39

Bakı, eləcə də ölkənin bütün şəhərlərinin sosial, iqtisadi, ekoloji problemləri ilə bağlı layihələri həyata keçirəcək bu təşkilatın həmtəsisçisi Laçın Məmişov bu haqda Modern.az saytının redaksiyasına məlumat verib: "Ölkədə yetirəncə QHT-lər var, amma onların böyük əksəriyyəti ya hüquq müdafiəsi, yaxud xeyriyyə işləri istiqamətində fəaliyyət göstərir. Bu sahədə böyük  boşluq olduğunu, ictimai nəzarətin olmadığını və buna ehtiyacın zərruri olduğu üçün belə qərara gəldik. Fəaliyyətimizi şəhərin problemlərinin, şəhər sakinlərinin, ictimai fəalların, ictimaiyyətdə yetərincə nüfuzu olan gənclərin, ziyalıların və siyasətçilərin də bu işə cəlb olunması ilə həyata keçirəcəyik. Tərəfimizdən işlənilib hazırlanan layihələr şəhərin, sosial, ekoloji, nəqliyyat, kommunikasiya, şəhərsalma, şəhərin çirkləndirilməsinin qarşısını almaq və s. istiqamətlərdə işlərin aparılmasını əhatə edəcək. Neqativ hallara qarşı ictimai qınağın və ictimai nəzarətin olmaması, bu gün hamımıza xırda görünən bir məsələnin sabah qlobal bir problemə çevirilməsinə gətirib çıxarır.

Yetər ki, hər kəs "Təhlükəsiz şəhər"də yaşamaq hüququnu dərindən dərk etsin və bu hüququ uğrunda mübarizə aparmaq istəyi olsun".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu