Modern.az

Kəlbəcər - fərqli dünya FOTOLARDA

Kəlbəcər - fərqli dünya FOTOLARDA

Fotosöhbət

8 Sentyabr 2021, 15:12

Parlament Jurnalistləri Birliyinin (PJB) bir qrup üzvü bu günlərdə işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olublar.

28 ildən sonra rayonun bir sıra vacib yerlərinə gedən jurnalistlər arasında ata-baba yurduna baş çəkənlər də olub.

İki gün davam edən səfər zamanı İstisu, “Xudavəng” məbədi ərazisinə gediblər.

Həmkarlarımız Azərbaycanın cənnət guşəsi olan Kəlbəcərdən çox sayda video və fotolar lentə alıblar.

Modern.az
Kəlbəcərə səfər etmiş Parlament Jurnalistlər Birliyi üzvlərinin çəkdikləri fotoları təqdim edir.

28 illik həsrət bitir - Yol Kəlbəcərə

Bir vaxtlar göz dağı olan bu lövhə indi xoşbəxtlik saçır.

Az qaldı, Kəlbəcərə bu tuneldən keçib gedəcəyik.

Hər görülən iş gələcəyə ümidləri daha da artırır...

 Yolüstü şəkil, yola davam...

Həsrət qaldığımız başı dumanlı Murov...

Murov həmişəki kimi qonaqları dumanla qarşılayır.

Neçə-neçə igid ömrü Ömərdə dayandı...

 

 

Ermənilər bu dəfə vəhşilikləri ilə Kəlbəcərdədirlər.

Daşı daş üstündə qalmayan Kəlbəcər...

Kəlbəcər dünyası başladı.

Yol ayrıcı...

Adı dillərə dastan olan İstisu...

 

Şahid ruhlar, Siz nələr görmədiniz... 

Bu lövhənin yanından keçib getmək bəlkə də bir yuxu idi...

Azad KƏLBƏCƏR...

Kəlbəcər şəhərinə xoş gəlmisiz...

Zar kəndi, jurnalist Pərviz Həşimligilin evi önündə. 

Bu da onların kəndi.

 

Yuxarıda Sarıdaş kəndi... 

Jurnalist Elşad Eyvazlıgilin evi  - viran olunmuş Yurd yeri

Söyüdlü yaylağı.

Arxada Göyçə mahalı.

Azad Kəlbəcərin qalib igidləri...

Atüstü söhbət belə olur.

 Uşaqlıq xatirələrini bölüşürlər...

Əsl Kəlbəcərli qonaqpərvərliyi.

İstisu sanatoriyası.

Kəlbəcərdəki qızıl balıq bənzərsizdi.

 

Zar yolu...

Bu xanım Kəlbəcərdə insanları çörəklə təmin edir.

Aqil Camal atası ilə evləri önündə...

Qoşqar Babayev Qılınclıda xatirələrini bölüşür.

Elşad Paşasoy bacısı oğlunun Şəhid olduğu Koroğlu postu ərazisindən torpaq götürür.

Əsgərliyin 6 ayı burada keçib.

 

Kəlbəcərin gözəlliyini sizlərə Pərviz təqdim edir...

28 ildən sonra qohumlarını ilk dəfə Söyüdlü yaylağında görmək də varmış...

 

Yolçəkənlər, bu yol Zəngəzura gedəcək...

Öz evlərində qonaq da qala bilmədilər... 

 

Sağollaşmaq vaxtı gəldi...

 Salamat qal kəndim, azad KƏLBƏCƏR... 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi