Modern.az

“Taliban” müvəqqəti hökumətin tərkibini elan etdi - SİYAHI

“Taliban” müvəqqəti hökumətin tərkibini elan etdi - SİYAHI

7 Sentyabr 2021, 19:06

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı ölkənin müvəqqəti hökumətinin tərkibini elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə hərəkatın rəsmisi Zəbihullah Mücahid məlumat verib.

 

1996-2001-ci illərdə “Taliban” idarə şurasının sədri olan Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək. Hökumətin digər üzvləri aşağıdakılardır:

 

Baş nazirin müavini - Molla Abdul Qani Bəradər

Xarici işlər naziri - Molla Əmir Muttaki

Daxili işlər naziri - Siracuddin Haqqani

Müdafiə naziri - Məhəmməd Yaqub Mücahid

Mədəniyyət və informasiya naziri - Zəbihullah Mücahid

Maliyyə naziri - Hidayətulla Bədir

Kəşfiyyat naziri - Molla Əbdülhaq Vasik

İqtisadiyyat naziri - Məhəmməd Hənif

Mərkəzi Bankın rəhbəri - Məhəmməd İdris.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu