Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya oyunu başa çatıb.
Modern.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda təşkil olunan görüş qonaq komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Portuqaliya millisinin heyətində Bernardu Silva, Andre Silva və Diogo Jota fərqləniblər.
Qeyd edək ki, hesabında 13 xal olan Portuqaliya millisi qrupda birinci pillədə qərarlaşıb. Serbiya 10 xalla ikinci, Lüksemburq 6 xalla üçüncüdür. Hesabında 1 xal olan İrlandiya və Azərbaycan seçmə komandaları 4-5-ci pilləni bölüşürlər.
Millimiz növbəti oyununu oktyabrın 9-da doğma meydanda İrlandiya komandasına qarşı keçirəcək.
Azərbaycan- Portuqaliya matçının ikinci hissəsi davam edir.
Modern.az xəbər verir ki, görüşün 75-ci dəqiqəsində Portuqaliya millisinin futbolçusu D.Jota hesabı 3:0-a çadırıb.
***
Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda 2-ci qol vurulub.
Modern.az-ın məlumatına görə, 31-ci dəqiqədə Portuqaliyanın heyətində Andre Silva komandasının ikinci qoluna imza atıb.
***
20:25
Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyununda hesab açılıb.
Modern.az xəbər verir ki, qonaqların heyətində 26-cı dəqiqədə Bernardu Silva fərqlənib.
***
20:00
Azərbaycan və Portuqaliya yığmaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu start götürüb.
Modern.az-n məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən görüş saat 20:00-da başlayıb.
Qarşılaşmanı italiyalı FIFA referisi Marko Quida idarə edir.