Modern.az

“Bu nəticələrlə kifayətlənməyəcəyəm” - Fərid Qayıbov

“Bu nəticələrlə kifayətlənməyəcəyəm” - Fərid Qayıbov

Aktual

8 Sentyabr 2021, 09:56

“Qarşımıza qoyulan vəzifələri yerinə yetirməli və çətinlikləri aradan qaldırmalıyıq”.

 

Modern.az xəbər verir ki, bunu yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov deyib.

 

Nazir qeyd edib ki, Azərbaycanda idman sahəsində uğurlu nəticələr əldə edilib.

 

“Mən bu nəticələrlə kifayətlənməyəcəyəm, Azərbaycan idmanının inkişafı üçün əlimdən gələni edəcəyəm”, - deyə F.Qayıbov vurğulayıb.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib. O, bu gün kollektivə təqdim olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI