“Dəniz Tədris Kursları” MMC tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Zaqatala rayon prokurorluğunda yoxlama aparılıb.
Zaqatala Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin 2 sentyabr 2021-ci il tarixli qərarı ilə “Dəniz Tədris Kursları” MMC -yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.