KXCP Ali Məclisinin keçmiş sədri, AXC hakimiyyəti zamanı Xətai rayonunun icra hakimiyyətinin başçısı işləmiş Zəlimxan Məmmədlinin bu gün oğluna toy edir. Modern.az bildirir ki, Z. Məmmədli bu xəbəri özünün sosial şəbəkədəki səhifəsində paylaşıb.
“Bu gün oglum Nadirin toyudur. Seçib, sevdiyi Teybə xanımla ömür-gün yoldaşı olacaq. Nadir dəyərli oğuldur. Birinci dəfədir öz oğlum haqda bu fikri söyləyirəm. Allah xoşbəxt eləsin. Türk dəyərlərinə sadiq ailə olacağını düşünürəm. Bütün gəncliyimizə və millətimizə xoşbəxtlik arzu edirəm”-deyə Z.Məmmədli vurğulayıb.
“Bir deyinim-diləyim var. Allah mənə Qarabağın azadlığı, Qüzey Azərbaycanda demokratiyanın qələbəsi, Güney Azərbaycanın istiqlalı ve Azərbaycanımızın bütövləşməsi şərəfinə bundan da böyük məclislər qurmağı nəsib etsin”.
Zəlimxan Məmmədli hazırda “Borçalı” Cəmiyyətinə rəhbərlik edir.
Modern.az