Modern.az

Rusiyalı nazir necə həlak olub? – TƏFƏRRÜATLAR

Rusiyalı nazir necə həlak olub? – TƏFƏRRÜATLAR

Dünya

8 Sentyabr 2021, 14:05

Rusiyanin fövqəladə hallar naziri Yevgeni Ziniçev Krasnoyarsk vilayətində keçirilən təlimlər zamanı həyatını itirib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 55 yaşlı nazirin ölümünün təfərrüatları məlum olub.

 

“Nazir operatorla sıldırım qayanın üstündə dayanmışdı. Operator sürüşdü və qayadan suya düşdü. Ətrafda insanlar çox idi, amma heç kəs reaksiya verməyə macal tapmamış nazir operatoru xilas etmək üçün özünü suya atdı. O, suyun altındakı daşa çırpılaraq öldü”, -deyə hadisə şahidi açıqlama verib.

 

Nazirin xilas etmək istədiyi çəkiliş qrupunun operatoru da həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama