“Tibb işçilərinin sertifikasiyasında dəyişikliklər var. Nazirlər Kabinetinin müvafiq qərarı ilə rezidentura səviyyəsi üzrə 18 yeni ixtisas əlavə olunub. Bu ixtisaslar üzrə tibb işçilərinin sertifikasiya imtahanlarına ediləcək yeniliklər hazırlanır”.
Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə bildirib.
O bildirib ki, ixtisaslar üzrə sertifikasiya imtahanı üçün suallar hazırlanır:
“Hazırda bununla bağlı iş gedir. Əsas dəyişiklik pediatriya və stmatologiya üzrədir”.