Azərbaycanda son sutkada 64033 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 26550 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37483 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 73711182 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4418214 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2952968 nəfərdir.