Modern.az

İran-İraq sərhədində zəlzələ

İran-İraq sərhədində zəlzələ

Dünya

9 Sentyabr 2021, 08:01

İran ilə İraq sərhədində zəlzələ baş verib.


Modern.az xəbər verir ki, bu barədə İran Tehran Universitetinin Geofizika İnstitutunun Seysmologiya Mərkəzi məlumat yayıb.


Yeraltı təkanların maqnitudası 4,5 bal olub, episentri Kirmanşah vilayətinin Qəsrişirin bölgəsindən 45 kilometr məsafədə yerləşib.

 

Zəlzələnin ocağı 9 kilometr dərinlikdə olub.

 

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu