Modern.az

Ömər aşırımında ağır qəza: Şirkət əməkdaşları xəsarət aldı

Ömər aşırımında ağır qəza: Şirkət əməkdaşları xəsarət aldı

9 Sentyabr 2021, 09:12

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

 

Qəza zamanı 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, qəzaya düşənlərin şirkət işçiləri olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi