Modern.az

Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdı

Yaqub Zurufçu reanimasiyaya yerləşdirildi - Vəziyyəti ağırdı

Mədəniyyət

9 Sentyabr 2021, 12:31

Azərbaycanın Əməkdar artisti Yaqub Zurufçu reanimasiyaya yerləşdirilib.

Modern.az  xəbər verir ki,  bu barədə Publika.az-a müğənninin həyat yoldaşı Aynur Zurufçu məlumat verib. O bildirib ki, sənətçi bir həftə əvvəl COVID-19-a yoluxub:

“Yeni Klinikaya köçürülüb. Yaqub müəllimin vəziyyəti ağırlaşıb. Millət vəkili Qənirə Paşayeva mütəmadi olaraq zəng vurub əlaqə saxlayır. Məsələ Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətinə götürülüb. Prezidentin köməkçisi Anar Ələkbərovla danışdım. Dedi ki, nə lazımdırsa, dövlət səviyyəsində həll ediləcək. Hər şey olunur. Amma vəziyyəti çox ağırdır”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu