“Yeni tədris ili ərəfəsində COVID-19 pandemiyası səbəbindən Bakıda məktəb, ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları keçirilməyəcək”.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinnin Ticarət və xidmət departamentidən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, qarşıdakı tədris illəri ərəfəsində vəziyyət normallaşdıqdan sonra yarmarkaların fəaliyyəti bərpa oluna bilər.
Xatırladaq ki, ötən tədris ili ərəfəsində ənənəvi olaraq, yarmarka çadırları metronun “Nərimanov”, “Gənclik”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli”, “Azadlıq prospekti”, “Memar Əcəmi”, “İnşaatçılar”, “Elmlər Akademiyası”, “Nizami” stansiyalarının qarşısında, ümumilikdə 19 yerdə fəaliyyət göstərirdi.