Prezident İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalının təsis edilməsi ilə bağlı fərman imzalayıb.
Modern.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna ediləcək dəyişikliklərdə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi" yubiley medalı haqqında Əsasnamə"nin və medalın təsvirinin təsdiq edilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, bu medalla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası uğrunda fəal iştirakına görə, dövlət müstəqilliyinin qorunub saxlanmasında və inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.
Modern.az