Bloombergin apardığı araşdırmalar nəticəsinə dünyanın ən varlı insanları arasında Rusiyada yaşayan azərbaycanlı iş adamı, milyarderler də yer alıb. Modern.az-ın xəbərinə görə, siyahıda 200 nəfər var. Reytinq siyahısına Rusiyadan 20 nəfər daxil olub. Rusiyanın ən varlı insanı 18 milyard dollarlıq sərvəti olan Əlişir Usmanovdur.
Siyahıda 72-ci yeri 12,4 milyard dollarlıq sərvəti ilə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov tutub. 154-cü yerdə 7,2 milyard dollarlıq sərvətlə İsgəndər Mahmudov, 175-ci yerdə isə 6,6 milyard dollarlıq sərvəti ilə Süleyman Kərimov qərarlaşıb.
Sevinc