Modern.az

YAP İdarə Heyətinin iclası çağırıldı

YAP İdarə Heyətinin iclası çağırıldı

Aktual

9 Sentyabr 2021, 16:30

Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçiriləcək.

 

Bunu Modern.az-a açıqlamasında YAP-ın İdarə Heyətinin üzvü, deputat Eldar İbrahimov deyib. 

 

O bildirib ki, iclasın gündəliyində bir neçə məsələ var.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun xoşagəlməz videogörüntüləri yayılıb. YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında R.Göyüşovun partiya sıralarından xaric edilməsi məsələsinə baxılacağı gözlənilir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər