Modern.az

Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

Cəbhə xəttində növbəti monitorinq keçiriləcək

6 Noyabr 2012, 08:40

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Jiri Aberle keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin şəxsi köməkçisi Uilyam Prayor və səhra köməkçisi Xristo Xristov keçirəcəklər.

Modern.az 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi