Modern.az

Sabahdan bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Sabahdan bu marşrut xəttinin fəaliyyəti bərpa edilir

Aktual

9 Sentyabr 2021, 18:00

Binə qəsəbəsində vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərinin daha da təkmilləşdirilməsi məqsədilə 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin fəaliyyəti bərpa edilir.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumata görə, Binə qəsəbəsinin mərkəzi ilə Sovxoz yaşayış sahəsini əlaqələndirən marşrut xətti üzrə avtobuslar 10 sentyabr 2021-ci ildən sərnişinlərin xidmətində olacaq.

 

Marşrut xətti üzrə gediş haqqı 0.30 qəpik olacaq. Gediş haqqının ödənişi nağdsız formada “BakıKart” vasitəsilə təşkil ediləcək.

 

Sərnişinlərin “BakıKartın” balansını asanlıqla artıra bilməsi üçün Əli İsazadə küçəsində OBA marketlər şəbəkəsinə məxsus 11 mağazada, post-terminallar qoyulub. Bundan əlavə Binə südçülük sovxozu, mehriban qonçular küçəsi adlanan ərazidəki OBA marketlərdə də post-terminallar sərnişinlərin xidmətində olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular