Modern.az

Ərini öldürən qadının işi məhkəməyə göndərildi

Ərini öldürən qadının işi məhkəməyə göndərildi

Aktual

10 Sentyabr 2021, 09:24

Xəbər verildiyi kimi, Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilib.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 9 fevral 2013-cü ildə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümüş vəziyyətdə meyiti aşkar edilib.

 

Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

 

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Dilşad Mənəfova 27 dekabr 2012-ci il tarixdə birgə yaşadıqları evdə olarkən saat 21 radələrində əri Mayis Mənəfov ilə aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı sonuncunu öldürmək qərarına gələrək sərxoş vəziyyətindən istifadə edib mətbəx bıçağı ilə onun kürək nahiyəsinə zərbə vuraraq qəsdən öldürüb.

 

Daha sonra törətdiyi cinayəti gizlətmək məqsədilə qardaşlarının köməkliyi ilə 28 dekabr 2012-ci il tarixə keçən gecə qonşuların yatmasından və ətrafda heç kimin olmamasından istifadə edib meyiti avtomobil ilə daşıyaraq qəbirstanlığın yanındakı kolluq əraziyə atıb. 12 iyul 2021-ci ildə Dilşad Mənəfova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular