Modern.az

Metroda nasazlıq - Sərnişinlər qatardan düşürüldü

Metroda nasazlıq - Sərnişinlər qatardan düşürüldü

Aktual

10 Sentyabr 2021, 09:40

Bu gün səhər saatlarında metroda “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb.

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Modern.az-a verdiyi məlumata görə, nasazlıq ehtimalı ilə qatar “Ulduz” stansiyasında olarkən, sərnişinlər təlimat tələbinə uyğun olaraq, düşürüldü:

 

“Qatar texniki baxış üçün “Neftçilər” stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən xətlərdə 3-4 dəqiqə arası yubanma olub”.

 

Metropoliten rəsmisinin sözlərinə görə, hazırda interval bərpa olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular