Modern.az

Azərbaycan türkdilli ölkələrlə elektron ticarəti artırır

Azərbaycan türkdilli ölkələrlə elektron ticarəti artırır

Aktual

10 Sentyabr 2021, 11:06

2021-ci ilin yeddi ayı ərzində Azərbaycanın türkdilli ölkələrlə ticarət dövriyyəsi 2,6 milyard manat və ya ümumi dövriyyənin 15 faizini təşkil edib.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Şurası ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu iclasında deyib.

 

Nazir bildirib ki, innovasiyaların elektron ticarətə tətbiqi üzrə türkdilli dövlətlərlə əməkdaşlıq davam etdirilir və bir müddət əvvəl Türkiyə tərəfi ilə bununla bağlı razılıq əldə olunub.

 

M.Cabbarov əlavə edib ki, ölkədə elektron ticarətin artırılması üzrə işlər davam etdiriləcək.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular