Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 7-nə Bakı şəhər İcra Hakimiyyətinin qarşısına təyin etdiyi piketə Bakı meriyası bu dəfə də rədd cavabı verib. Bu barədə Modern.az-a məlumat verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan piketlə bağlı BŞİH-nin onlara cavab verdiyini bildirib. Ə.Temirxanın sözlərinə görə, Meriyanın cavabı Məşvərət Məclisində müzakirəyə çıxarılaraq, piketin icazəsiz keçirilib-keçirilməyəcəyinə qərar veriləcək.
Qeyd edək ki, DQMM paytaxtın 3 noyabr tarixinə təyin etdiyi mitinqə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilməyəndən sonra müxalifət nümayəndələri noyabrın 7-də meriyanın qarşısında piket keçirməyə qərar vermişdi.