Modern.az

Əks göstəriş sertifikatı necə alınır - QAYDALAR  

 Əks göstəriş sertifikatı necə alınır - QAYDALAR   

Aktual

10 Sentyabr 2021, 12:20

“Əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim edirlər. Mütəxəssislər həmin göstəricilərə baxırlar, yoxlayırlar, sənədin əsaslığı yoxlanılır və qərar verirlər ki, əgər həmin şəxs xəstəliyin kəskin dövrünü yaşayırsa, onda xəstəlik tez-tez residivləşirsə (təkrarlanırsa) həmin xəstələr üçün peyvənd əks-göstərişdir. Bu halda, poliklinika daxili nəzarət komissiyasından həmin xəstələrin sənədləri Xüsusi Komissiyaya göndərilir”.

 

Modern.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi, 19 saylı Şəhər Poliklinikası baş həkimi Aytən Qurbanova bildirib.

 

A.Qurbanova deyib ki, allergiyanın kəskin dövründə olan xəstələr 2-4 həftə arası müalicə qəbul etdikdən sonra peyvənd oluna bilirlər:

 

“Vaksinin hər hansı komponentinə qarşı reaksiyası olan şəxslər təsdiqləyici sənəd təqdim etməlidirlər ki, vaksinin birinci dozasını qəbul etdikdən sonra, onda anaflaktik şok, kəskin allergik reaksiyalar əmələ gəldiyi halda bununla bağlı məlumatlar sənədləşdirilir və növbəti vaksinin vurulmaması üçün orada məlumat qeyd olunur ki, şəxsin vaksinə qarşı kəskin allergiyası yarandı. Həkim-nəzarət komissiyası həmin xəstələrin sənədlərini qəbul edir, əsaslı olduğu halda komissiya tərəfindən əks göstərişlər üzrə yaradılmış xüsusi komissiyaya təqdim olunur”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular