Modern.az

“İtkin düşmüş Mahir Abdullayevin tapılmasına inanmıram, amma...” - vəkil Adil İsmayılov

“İtkin düşmüş Mahir Abdullayevin tapılmasına inanmıram, amma...” - vəkil Adil İsmayılov

6 Noyabr 2012, 10:50

“İstintaq-əməliyyat qrupunun yeni tərkibində Baş Prokurorluğun, Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları var”. Bunu Modern.az-a  ABU-nun keçmiş rektoru Elşad Abdullayevin vəkili Adil İsmayılov deyib. O bildirib ki, ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı Baş Prokurorluq yanında tam yeni tərkibdə yaradılan istintaq-əməliyyat qrupunun rəhbəri Baş prokurorun müavini Elmar Məmmədovdur.

Vəkilin dediyinə görə, köhnə tərkibdən heç kim qalmayıb. A. İsmayılov onu da bildirdi ki, yeni yaradılan istintaq qrupunun tərkibindəki insanların heç birinə fərd olaraq etiraz yoxdur: “Elşad Abdullayev istintaq tədbirləri ilə əlaqədar öz münasibətini bildirib. O istəmirdi ki, həmin adamlar istintaq qrupunda olsun. Mənə də elə gəlir ki, bu həll olunacaq. Amma istədiyimiz o idi ki, müstəqil komissiya yaradılsın. Bu adamlar Baş prokurorluğa, hüquq mühafizə orqanlarına tabe olmasın. Bu məsələ həll olunmadı”.

A. İsmayılov sonda Mahir Abdullayevin tapılacağına inanmadığını, amma onun tapılacağına ümidini kəsmədiyini söylədi.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi