Modern.az

Əli Kərimli AXCP-yə ofis axtarır

Əli Kərimli AXCP-yə ofis axtarır

6 Noyabr 2012, 10:54

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargah problemi hələ də həll edilməyib. Bu barədə Modern.az saytına açıqlama verən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı bildirib ki, partiya dəfələrlə icarəyə qərargah götürməyə cəhd etsə də, bu alınmayıb.

“AXCP-nin qərargah problemini həll etmək üçün dəfələrlə icarəyə mülk götürməyə çalışsaq da, cəhdimiz alınmayıb. Müraciət etmişik obyekt sahibinə əvvəlcədən, razılıq versələr də, sonradan AXCP-nin qərargahı olacağı üçün fikirlərindən daşınıblar. Təbii ki, çox istərdik AXCP-nin də qərargahı olsun, amma bunu həl etmək üçün bizə imkan vermirlər”,- deyə F.Qəhrəmanlı bildirib.

Qeyd edək ki, AXCP Xaqani küçəsi, 33 ünvanındakı qərargahından 2006-cı ilin noyabrında 1 saylı İqtisad Məhkəməsinin qərarıyla çıxarılıb. Hökumət o zaman partiyaya Keşlə qəsəbəsində yer ayırsa da, AXCP həmin ünvanın tam yararsız olduğunu iddia edərək bu varianta razılaşmayıb.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi