Modern.az

Əli Əliyev bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Əli Əliyev bıçaqlanaraq ÖLDÜRÜLDÜ

10 Sentyabr 2021, 16:18

Sentyabrın 10-u saat 6 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Göyçay rayon prokurorluğundan Modern.az-a verilən məlumata görə, zərərçəkmişin tanışı 2005-ci il təvəllüdlü İsmayıl Babazadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Əli Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İsmayıl Babazadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular