Modern.az

Saxta COVID pasportu satan vəzifəli şəxslər aşkarlandı

Saxta COVID pasportu satan vəzifəli şəxslər aşkarlandı

10 Sentyabr 2021, 17:20

Saxta COVID-19 pasportu-Bu dəfəQazaxda “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində qanunsuz olaraq “COVID-19” pasportunun verilməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

 

Qazax Rayon Prokurorluğundan Modern.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan xəstəxananın vəzifəli şəxsləri tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxlərə vaksin vurulmadığı halda saxta “COVID-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyənləşib.

 

Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular