Modern.az

“Taliban” Salehin qardaşını qətlə yetirdi

“Taliban” Salehin qardaşını qətlə yetirdi

Dünya

10 Sentyabr 2021, 17:54

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Əmrulla Salehin qardaşını qətlə yetirib.

 

Modern.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

 

Müqavimət hərəkatındakı mənbəyə istinadən bildirilib ki, “Taliban” üzvləri Rohullah Salehi əsir götürüb, daha sonra onu öldürüblər.

 

Faktla bağlı əlavə məlumat verilməyib. 

 

Xatırladaq ki, avqustun 15-də taliblər Əfqanıstanın paytaxtı Kabili ələ keçirib. Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etməyə məcbur olub. “Taliban” hakimiyyəti ələ aldıqdan sonra Əfqanıstan İslam Əmirliyinin yaradıldığını elan edib.

 
 
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama