Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2508 yeni yoluxma faktı qeydə alınıb, 4076 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 455044 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 401300 nəfər müalicə olunaraq sağalıb, 6031 nəfər vəfat edib, aktiv xəstə sayı 47713 nəfərdir.
Ölkədə son sutka ərzində 14672, hazırkı dövrədək isə 4623245 test aparılıb.