Azərbaycanda son sutkada 62584 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 23160 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 39424 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 7493034 COVID-19 əleyhinə vaksin vurulub.
Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4465644 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3027390 nəfərdir.