Ermənistanın Baş naziri Nikol Paşinyan və hökumətinin andiçmə mərasimi keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan Prezidenti Armen Sarkisyanın iştirakı ilə keçirilən mərasimdə Paşinyanla birgə iki nazir müavini və 12 nazir də and içib.
Andiçmə mərasimi formal xarakter daşıyır və nazirlərin üzərinə heç bir əlavə öhdəlik qoymur.
Qeyd edək ki, iyunun 20-də Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası hökumət qurmaq üçün parlamentdə kifayət qədər mandat qazanıb. Ermənistan Nazirlər Kabinetinin əsas tərkibi avqustun 2-də parlament sessiyasının ilk günündə formalaşdırılıb.
Akif İsmayılov